AzTU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində seminar keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbə və müəllimlər üçün “Azərbaycanda urbanizasiya və şəhərsalma kontekstində mənzil siyasəti” mövzusunda seminar keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, seminarda AzTU-nun baş müəllimi Pərvin Hacıyeva ölkədə urbanizasiya prosesləri, mənzil siyasətinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş məlumat verib.
O, Azərbaycanda son illərdə urbanizasiya səviyyəsinin artdığını, xüsusilə Bakı və Abşeronda əhali sıxlığının yüksəldiyini diqqətə çatdırıb.
Seminar çərçivəsində şəhərsalma sahəsində həyata keçirilən islahatlar, o cümlədən 2040-cı ilədək Bakının Baş Planı, polisentrik şəhər modeli və yaşayış sahələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.



