AzTU-da Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb

14 Dekabr, 2024 - 22:28
AzTU-da Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb
AzTU-da Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb

Son dövrlər Azərbaycanda, eləcə də Azərbaycan Texniki Universitetində (AzTU) əcnəbi tələbələr arasında Türkiyə vətəndaşlarının çoxluğu nəzərə alınaraq universitetdə Yüksək Təhsil İnstitutunun nəzdində magistratura təhsil səviyyəsi üzrə Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, məktəbin məqsədi Türkiyə-Azərbaycan qardaşlıq dəyərlərini və ənənələrini rəhbər tutaraq qabaqcıl təhsil proqramları əsasında türk dilində keyfiyyətli təhsil vermək və sənaye peşəkarları yetişdirməkdir.

AzTU-nun COP29 tövsiyələrinin icrası istiqamətində işlərin görülməsi üçün yol xəritəsi də təqdim olunub.