AzTU-da zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirmə görüşü keçirilib

29 Oktyabr, 2026 - 10:05
AzTU-da zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirmə görüşü keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Quliyev, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Zaur Məhərrəmov, Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı və psixoloq Xəyal Qurbanov çıxış ediblər.

Çıxışlar zamanı narkomaniyanın cəmiyyətə yaratdığı təhlükələrdən, xüsusilə gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısının alınmasının vacibliyindən bəhs olunub. Narkotik asılılığının insanın sağlamlığına və sosial həyatına mənfi təsirləri diqqətə çatdırılıb.

Tədbirdə gənclərin zərərli vərdişlərdən uzaq tutulması, sağlam həyat tərzinin təşviqi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Çıxış edənlər gəncləri öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, asudə vaxtlarını səmərəli keçirməyə və narkomaniyaya qarşı mübarizədə fəal mövqe nümayiş etdirməyə çağırıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb.