AzTU ilə “THE” arasında əməkdaşlıq imkanları müzakirə olunub

1 Oktyabr, 2026 - 16:12
AzTU ilə “THE” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Times Higher Education” (THE) təşkilatının Böyük Britaniya və Avropa üzrə kommersiya direktoru Lachyn Italmazova ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə “Times Higher Education World University Rankings 2027” reytinqinin nəticələri və AzTU-nun reytinqdəki mövqeyi müzakirə edilib. Universitetin ayrı-ayrı göstəricilər üzrə nəticələri, ötən illə müqayisədə müşahidə olunan dəyişikliklər və göstəricilərin qiymətləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı AzTU-nun beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, universitetin inkişaf hədəfləri ilə reytinq göstəriciləri arasındakı əlaqə və nəticələrin təhlilindən irəli gələn imkanlar nəzərdən keçirilib.

Tərəflər AzTU ilə “Times Higher Education” arasında institusional əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər. Həmçinin universitetin beynəlxalq görünürlüyünün və rəqabət qabiliyyətinin artırılmasına xidmət edə biləcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

AzTU ilə “THE” arasında əməkdaşlıq imkanları müzakirə olunub