AzTU komandası basketbol turnirinin qalibi olub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan silsilə idman yarışları çərçivəsində 3x3 basketbol turniri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Texniki Universitetin (AzTU) İdman sarayında keçirilən 3x3 basketbol turnirində YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın nəticəslərinə əsasən, AzTU komandası bütün rəqiblərinə qalib gələrək 3x3 basketbol turnirinin qalibi olub. İkinci yerə Bakı Dövlət Universiteti, 3-cü yerə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası layiq görülüb.
Sonda qalib komandalara medal və diplom təqdim olunub.



