AzTU-nun “Rəqəmsal Transformasiya Strategiyası” hazırlanacaq
Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya Şurasının işçi qrupunun iclası keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə AzTU-dan məlumat verilib.
Bildirilib ki, iclasda universitetin “Rəqəmsal Transformasiya Strategiyası”nın hazırlanması müzakirə olunub.
Bundan başqa, yerli və xarici universitetlərin rəqəmsal transformasiya təcrübələri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında yeni yanaşmalar, təhsil və tədrisin keyfiyyətini beynəlxalq səviyyəyə uyğunlaşdrmaq və s. mövzularda fikir mübadiləsi aparılıb.



