AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib

1 May, 2026 - 21:18
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq universitetin yeni rəsmi veb-saytı (aztu.edu.az) istifadəyə verilib. Beynəlxalq ali təhsil standartlarına uyğun hazırlanan yeni platforma universitetin müasir idarəetmə yanaşmalarını, açıq informasiya siyasətini və innovativ inkişaf istiqamətlərini özündə əks etdirir.

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni veb-sayt müasir dizayn konsepsiyası əsasında qurulub və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə intuitiv interfeyslə təmin olunub. Platformada strukturlaşdırılmış menyu sistemi, optimallaşdırılmış axtarış mexanizmi və sürətli naviqasiya imkanları istifadəçilərin ehtiyac duyduqları məlumatlara daha operativ çıxışını təmin edir. Sayt həm masaüstü, həm də mobil cihazlar üçün tam uyğunlaşdırılıb ki, bu da istifadə rahatlığını daha da artırır.

Yeni platformanın əsas üstünlüklərindən biri inteqrasiya olunmuş informasiya mühitidir. Bu mühit vasitəsilə tələbələr, müəllimlər və inzibati heyət üçün vacib olan məlumatlar vahid mərkəzdə toplanır və daim yenilənir. Təhsil proqramları, qəbul prosesi, elmi fəaliyyət, beynəlxalq əməkdaşlıq, tədbirlər və xəbərlər bölmələri daha sistemli və əlçatan formada təqdim olunur. Eyni zamanda, veb-saytda tərəfdaş qurumlar və xarici istifadəçilər üçün universitet haqqında ətraflı və şəffaf məlumat əldə etmək imkanları genişləndirilib.

Veb-saytın funksionallığı da əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Müxtəlif xidmətlərin rəqəmsallaşdırılması nəticəsində istifadəçilər bir sıra prosesi onlayn şəkildə həyata keçirə bilirlər. Bu isə həm vaxt itkisini azaldır, həm də idarəetmədə operativliyi və şəffaflığı artırır. Platforma eyni zamanda təhlükəsizlik standartlarına uyğun hazırlanıb və məlumatların qorunması istiqamətində müasir texnoloji həllərlə təmin olunub.

Layihə AzTU-nun Tədqiqat, inkişaf və reputasiya departamenti tərəfindən həyata keçirilib və universitetin institusional inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib