AzTU vakansiya elan edir

3 İyun, 2026 - 19:18
AzTU vakansiya elan edir

AZCON Holding, Azərbaycan Texniki Universiteti (AzTU) və Almaniyanın “TUM International GmbH” şirkətinin tərəfdaşlığı ilə yaradılan AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET) ingilisdilli müəllim qəbulu elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Vakansiya barədə:

Vəzifə: Müəllim (lektor) — Kompüter elmləri üzrə

Məşğulluq: Tam / yarım ştat / saathesabı

Tədris dili: İngilis dili

İş yeri: AZSET Kampusu, AzTU, Bakı

İşə başlama: İyun 2026

Əsas tələblər: Kompüter elmləri və ya əlaqəli sahədə PhD (fəlsəfə doktoru) dərəcəsi. İngilis dilində mükəmməl sərbəst danışıq və tədris bacarığı. Kompüter elmlərinin ən azı iki əsas sahəsi üzrə dərin biliklər. Praktiki proqramlaşdırma və laboratoriya işlərinə rəhbərlik təcrübəsi.

Təklif olunan imkanlar: Yerli bazardan əhəmiyyətli dərəcədə yüksək və rəqabətli əməkhaqqı. “TUM International” tərəfindən pedaqoji təlimlər.Almaniyaya peşəkar təlim səfərləri. Müasir laboratoriyalar və beynəlxalq iş mühiti.

Müraciət qaydası: Maraqlanan şəxslər ingilis dilində hazırlanmış CV, diplom surəti və tədris bəyanatını (PDF formatında) info@azsetedu.az e-poçt ünvanına göndərməlidirlər.

Vacib: Məktubun mövzu hissəsində “Lecturer in Computer Science” yazılmalıdır.