Bağçada aşpazların işdən çıxarılması ilə bağlı AÇIQLAMA

13 Yanvar, 2026 - 09:15
Bağçada aşpazların işdən çıxarılması ilə bağlı AÇIQLAMA

32 nömrəli körpələr evi-uşaq bağçasında kənar şəxslər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. 

Bağçadan "Azərbaycan müəllimi"nə bildirilib ki, əsas məqsəd uşaqların sağlamlığı, təhlükəsizliyi və keyfiyyətli qidalanmasının təmin edilməsindən ibarətdir. 

Bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanmaması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini pozmaları ilə əlaqədardır.