Bahar Muradova Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı alimlərlə görüşüb

30 Dekabr, 2025 - 12:43
Bahar Muradova Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı alimlərlə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən azərbaycanlı alimlər Aygün Azadova və Fərid Ədilov ilə görüşüb.

“Azərbaycan müəllimi” xeber verir ki, görüş zamanı alimlərin beynəlxalq akademik mühitdə qazandıqları təcrübə, elmin və təhsilin dövlət siyasəti ilə əlaqələndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, azərbaycanlı alimlərin xaricdə əldə etdikləri bilik və bacarıqların ölkəyə transferi insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Bahar Muradova Fərid Ədilovun qadınların qərar qəbuletmə proseslərində iştirakı ilə bağlı tədqiqatını müsbət qiymətləndirib, bu sahədə Komitə ilə elmi əsaslı əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Aygün Azadovanın tibb və biologiya sahəsində apardığı elmi araşdırmaların beynəlxalq səviyyədə əldə etdiyi nəticələr yüksək dəyərləndirilib.

Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.

Bahar Muradova Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı alimlərlə görüşüb
Bahar Muradova Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı alimlərlə görüşüb