Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

21 May, 2026 - 14:19
Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü uğurla təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri, onların müəllimləri və valideynlərinin iştirakı ilə keçirilib. Məqsəd gəncləri peşə təhsili imkanları ilə tanış etmək, düzgün ixtisas seçiminə dəstək vermək və gələcək karyera istiqamətlərini daha aydın şəkildə təqdim etmək olub.

Tədbir çərçivəsində iştirakçılara mərkəzin fəaliyyəti, qəbul qaydaları, tədris prosesi və mövcud ixtisaslar barədə geniş məlumat verilib. Eyni zamanda, peşə təhsilinin əmək bazarına inteqrasiyası, praktiki bacarıqların inkişafı və karyera perspektivləri xüsusi vurğulanıb. Şagirdlər müxtəlif sahələr üzrə peşə təhsilinin üstünlükləri ilə yaxından tanış olublar.

Daha sonra infotur təşkil olunub. İştirakçılar emalatxanalar, müasir laboratoriyalar və tədris otaqlarını ziyarət edərək tədris mühiti ilə yerində tanış olublar. Onlara ixtisaslar üzrə praktiki dərs prosesi, istifadə olunan avadanlıqlar və tədris olunan fənlər barədə ətraflı izah verilib.