Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin avtomobil istiqaməti üzrə ixtisas fənn müəllimləri Tural Göyüşov, Rafiq İbrahimov və Cavad Qocayev Peşəkar Səriştəlik Sertifikatına layiq görülüblər.
Mərkəzdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, sözügedən sertifikat IRU Academy (Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı) “Beynəlxalq avtomobil yük daşımaları” menecer proqramı çərçivəsində təqdim edilib.



