Bakı Dövlət Universiteti vakansiya elan edir

5 Fevral, 2025 - 11:46
Bakı Dövlət Universiteti vakansiya elan edir
Bakı Dövlət Universiteti vakansiya elan edir

Bakı Dövlət Universiteti fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. 

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyinin) 1996-cı il 7 avqust tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.