Bakı MRİO-ya 548 idmançı ilə qatılacaq
Ölkəmizdə Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.
“Azərbaycan müəllimi”nin məlumatına görə, paytaxt Bakı olimpiadada 12 idman növü üzrə iştirak edəcək.
Bakı ümumilikdə 99 məşqçi, 548 idmançıdan ibarət heyətlə yarışlara qatılacaq:
Ağırlıqqaldırma- 17 idmançı, 4 məşqçi
Atletika- 19 idmançı, 4 məşqçi
Badminton-82 idmançı, 8 məşqçi
Basketbol- 72 idmançı, 10 məşqçi
Boks- 55 idmançı, 12 məşqçi
Cüdo- 78 idmançı, 16 məşqçi
Gimnastika- 41 idmançı, 9 məşqçi
Sərbəst güləş- 39 idmançı, 12 məşqçi
Stolüstü tennis- 27 idmançı, 5 məşqçi
Taekvondo- 30 idmançı, 4 məşqçi
Veloidman- 32 idmançı, 3 məşqçi
Yunan-Roma güləşi- 56 idmançı, 12 məşqçi
Qeyd edək ki, yarışlarda ümumilikdə 2019 idmançı, 427 məşqçi iştirak edəcək.




