Bakıda 350-yə yaxın məktəb “Rəqəmsal məktəb” platformasına qoşulub

24 Aprel, 2025 - 15:09
Bakıda 350-yə yaxın məktəb “Rəqəmsal məktəb” platformasına qoşulub
Bakıda 350-yə yaxın məktəb “Rəqəmsal məktəb” platformasına qoşulub

“Hazırda Bakıda yerləşən 350-yə yaxın təhsil müəssisəsi pilot rejimdə “Rəqəmsal məktəb” platformasından istifadə edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova səsləndirib.

O qeyd edib ki, yaxın vaxtlarda “Rəqəmsal məktəb” platformasının pilot tətbiqinə regionlardakı təhsil müəssisələrində də başlanılması nəzərdə tutulur.