Bakının göstəricisi bəzi ölkələrin riyaziyyat nəticələrindən irəlidədir – Nazir
“Bakı şəhərinin PISA-da riyaziyyat üzrə 465 bal toplaması təhsilimiz üçün çox yaxşı nəticədir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
O əlavə edib ki, 81 ölkə və regionun iştirak etdiyi qiymətləndirmədə Bakı riyaziyyat üzrə 29-cu yerdə, Azərbaycan isə 49-cu yerdə qərarlaşıb:
“Bir Bakı şəhəri bütövlükdə bəzi inkişaf etmiş ölkələrlə müqayisədə riyaziyyat nəticələrində irəlidədir".
Nazir bildirib ki, nəticə Azərbaycanda riyaziyyat tədrisinə göstərilən diqqətin və müəllimlərin fəaliyyətinin göstəricilərindən biridir:
"PISA nəticələri riyaziyyat təlimində əldə olunan irəliləyişləri və bu istiqamətdə görülən işlərin nəticələrini qiymətləndirməyə imkan verir".




