BANM “ADEX 2026”da 5 innovativ layihə təqdim edib

1 Oktyabr, 2026 - 18:09
BANM “ADEX 2026”da 5 innovativ layihə təqdim edib

Bakı Ali Neft Məktəbi (BANM) Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərində öz stendi ilə çıxış edir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tələbələr sərgi iştirakçılarına müdafiə və hərbi sənayesində tətbiq oluna biləcək 5 innovativ layihə təqdim edirlər.

"Ecolyte"

Yeni nəsil gel tipli elektrolitdir və daha təhlükəsiz, etibarlı dron batareyalarının hazırlanması üçün perspektivli həll ola bilər.

"Döyüş zonasının rəqəmsal əkizi"

Döyüş zonasındakı müxtəlif məlumatları bir xəritədə birləşdirən süni intellekt əsaslı sistemdir. İnternetə və bulud xidmətlərinə ehtiyac olmadan xəritədəki məlumatları analiz etməyə imkan verir. 

"WeCool"

Elektrik avtomobillərdə batareyanın temperaturunu təhlükəsiz səviyyədə saxlayan, maye soyutma sistemlərinə ehtiyacı azaldan və daha yüngül, təhlükəsiz və ekoloji cəhətdən davamlı soyutma həlli təqdim edir.

"EcoThermix"

Pambıq tekstillər üçün bio-əsaslı, yanğına davamlı örtük texnologiyasıdır. Qoruyucu geyimlər, işçi uniforması, texniki tekstillər və müdafiə və təhlükəsizlik sahəsində istifadə olunan xüsusi təyinatlı tekstillər üçün potensial tətbiq imkanlarını göstərir.

"CuoTextiles"

Xəstəxana və hərbi sahə üçün ağıllı antimikrob parçadır. Üzərindəki mis və sink bakteriyalar yaranan kimi aktivləşir, digər hallarda passiv qalır və dəri üçün təhlükəsizdir.

BANM “ADEX 2026”da 5 innovativ layihə təqdim edib
BANM “ADEX 2026”da 5 innovativ layihə təqdim edib
BANM “ADEX 2026”da 5 innovativ layihə təqdim edib