BANM Prezident təqaüdçülərinin sayına görə liderdir

15 Oktyabr, 2026 - 09:51
BANM Prezident təqaüdçülərinin sayına görə liderdir

2026–2027-ci tədris ili üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Prezident təqaüdçülərinin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir.

Bununla da Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə 7-ci dəfə ölkə üzrə lider olub.

BANM-in Prezident təqaüdçülərindən 13-ü maliyyə, 10-u informasiya təhlükəsizliyi, 8-i kimya mühəndisliyi, 3-ü kompüter elmləri, 1-i isə data analitikası ixtisası üzrə təhsil alır.