BANM-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb

19 Oktyabr, 2026 - 11:12
BANM-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Prezident təqaüdünə layiq görülən 35 tələbə ilə görüşüb.

“Azərbaycan müəllimi"” xəbər verir ki, görüş zamanı tələbələrin uğur hekayələri, gələcək hədəfləri və arzuları ətrafında fikir mübadiləsi aparılıb. Rektor gəncləri təbrik edərək onlara göstərilən etimadı doğrultmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Bununla da BANM Prezident təqaüdçülərinin sayına görə 7-ci dəfə ölkə üzrə lider olub.

Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərindən 13-ü “Maliyyə”, 10-u “İnformasiya təhlükəsizliyi”, 8-i “Kimya mühəndisliyi”, 3-ü “Kompüter elmləri”, 1-i isə “Data analitikası” ixtisası üzrə təhsil alır.

BANM-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb
BANM-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb
BANM-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb