Basketbol üzrə respublika birinciliyi keçirilib

25 İyun, 2025 - 15:30
Basketbol üzrə respublika birinciliyi keçirilib

18-23 iyun 2025-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə basketbol idman növü üzrə respublika birinciliyi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 2014-2015-ci il təvəllüdlü məktəblilər arasında təşkil olunan yarış Gəncə şəhərində baş tutub.

Yarışda idman məktəblərindən Gəncə şəhər 1 nömrəli UGİŞM, 8 nömrəli İOEUGİM, 2 nömrəli RİOEUGİM, 9 nömrəli UGİM, 10 nömrəli İOEUGİM və Şirvan şəhər Uşaq Gənclər İdman Məktəblərindən ümumi 6 komanda yarışıb.

8 nömrəli İOEUGİM 1-ci, 2 nömrəli RİOEUGİM 2-ci, 9 nömrəli UGİM isə 3-cü yerin qalibi olub.

Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom, medal, və kubokla təltif olunub.

Basketbol üzrə respublika birinciliyi keçirilib
Basketbol üzrə respublika birinciliyi keçirilib