"Bayraktar" ilə peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Fevralın 4-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti "Bayraktar Teknoloji Azerbaycan"da olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı və onu müşayiət edən nümayəndələr ilə keçirilən görüşdə "Bayraktar Teknoloji Azerbaycan" ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq çərçivəsində memorandumun imzalanması perspektivləri və bu sənəd əsasında həyata keçirilə biləcək birgə fəaliyyətlər müzakirə edilib.
Görüş zamanı müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində ixtisaslı texniki kadrların hazırlanması, peşə təhsili müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də uzunmüddətli birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.



