“Bayraktar Teknoloji Azərbaycan” təcrübə proqramı ELAN EDİB

24 Dekabr, 2025 - 12:38
“Bayraktar Teknoloji Azərbaycan” təcrübə proqramı

“Bayraktar Teknoloji Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində müdafiə sənayesi sahəsində innovativ texnologiyalarla tanış olmaq və bu istiqamətdə potensialını inkişaf etdirmək istəyən gənclər üçün “2026 Yaz Təcrübə Proqramı” elan edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram elektronika, mexanika və digər texniki sahələri əhatə edir və iştirakçılara inkişaf yönümlü real layihələrdə çalışmaq, yüksək peşəkar təcrübəyə malik mentorlarla praktiki bacarıqlar əldə edəcəklər. Bu təcrübə gənclərə müdafiə texnologiyaları sahəsində məqsədyönlü karyera qurmaq üçün dəyərli başlanğıc imkanı yaradır.

Təcrübə proqramını əhatə edən sahələr və müraciət prosesi ilə qeyd olunan linkdən istifadə edərək daha ətraflı tanış ola bilərsiniz.

Yalnız bir bölmə/struktur üzrə elana müraciət etmək mümkündür.

https://career.bayraktartech.az/.../open.../2026-bahar-staj

Son müraciət tarixi: 04.01.2026