Bərdədəki bağçada uçqun olmayıb - RƏSMİ AÇIQLAMA 

15 Mart, 2025 - 13:15
Bərdədəki bağçada uçqun olmayıb - RƏSMİ AÇIQLAMA 
Bərdədəki bağçada uçqun olmayıb - RƏSMİ AÇIQLAMA 

Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb. 

Qarabağ Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hadisə  müəssisənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib. Bağçanın binasına zərər dəyməyib.