Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 Avqust, 2025 - 16:49

U-12 basketbol liqasında “Ordu” klubunun baş məşqçisi, eyni zamanda Bakı Basketbol Akademiyasında (BBA) məşqçilik fəaliyyəti göstərən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna (ICC) qəbul olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Ləman İbrahimova adıçəkilən universitetdə keçiriləcək Beynəlxalq Məşqçilik Kursuna qəbul olunan ilk azərbaycanlı məşqçidir.

Bu uğur ölkə basketbolunda yetişən gənc yerli məşqçilərin inkişafına təsir edən başlıca məqamlardan biridir.

Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.