Beynəlxalq yarışların ölkə mərhələsində uğur qazanan şagirdləri mükafatlandırıldı

2 Dekabr, 2025 - 09:02

"Global Olympiad Center" (GOC) təşkilatçılığı ilə beynəlxalq olimpiada və yarışmaların qaliblərinin mükafatlandırma mərasimi noyabrın 29-da Avropa-Azərbaycan Məktəbində böyük coşqu ilə keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki olimpiadalar və yarışmalarda iştirak edən şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirib və uğurlu nəticə göstərərək medal qazanıblar.

Tədbiri ilk olaraq "Global Olympiad Center"in direktoru Xəyal İbrahimzadə açaraq iştirakçıları salamlayıb və medalçı şagirdlərə öz ürək sözlərini çatdırıb. O, çıxışında beynəlxalq olimpiada və yarışmaların təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin elmi dünyagörüşünün formalaşmasında və ölkəmizin beynəlxalq arenada təmsil olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə WMTC, FMO, Kopernik Elm və Fizika-Astronomiya, "Brainiacs" və "USA Olympiad" kimi nüfuzlu yarışlarda iştirak edərək yüksək nəticə göstərən şagirdlər ölkə mərhələsi üzrə qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Olimpiada qaliblərinə xüsusi mükafatlar təqdim edilib.

Mükafatlandırma mərasimi xüsusi diqqət çəkib. Tədbirdə bir sıra dəyərli qonaqlar iştirak edib, öz ürək sözlərini medalçı şagirdlərə ünvanlayaraq onların nailiyyətlərini yüksək qiymətləndiriblər. Qonaqlar tərəfindən beynəlxalq uğurların əhəmiyyəti, şagirdlərin gələcək inkişafına təsiri və GOC-un bu istiqamətdə göstərdiyi fəaliyyət xüsusi vurğulanıb.

Mükafatlandırma mərasimində 2024–2025-ci tədris ili üzrə təqaüdə layiq görülmüş şagirdlərin təltif olunması həyata keçirilib. "Global Olympiad Center" tərəfindən ilk dəfə olaraq istedadlı, yüksək nəticə göstərən və beynəlxalq olimpiada potensialı olan şagirdlər üçün xüsusi təqaüd proqramı təsis edilib. Bu təşəbbüs, həm onların inkişafını dəstəkləmək, həm də ölkəmizin intellektual gələcəyinin formalaşmasına töhfə vermək məqsədi daşıyır.
 
Heydər Əliyev adına “Diamond Təqaüdü”"

"Global Olympiad Center"in təqdim etdiyi bu təqaüd proqramının ən ali pilləsində yer alan Diamond Təqaüdü, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Bu təqaüd yalnız yarış dövründə fərqlənməklə kifayətlənməyən, həm də strateji düşünmə, davamlı performans və liderlik xüsusiyyətləri nümayiş etdirən şagirdə təqdim olunur.

Qalib: Cüneyd Qənbərov – öz nəticələri ilə təkcə yüksək bal toplamaqla kifayətlənməyib, həm də təmsil etdiyi məktəbi və ölkəni layiqincə təmsil etməyi bacarıb.

Polad Həşimov adına “Zəfər Qızıl Təqaüdü”

Milli qəhrəman Polad Həşimovun adını daşıyan bu təqaüd, elm və əzm yolunda mətin addımlarla irəliləyən, qarşılaşdığı çətinliklərə baxmayaraq yüksək nəticə əldə etmiş şagirdlərə təqdim olunur. Bu təqaüd, zəfərin yalnız döyüş meydanında deyil, təhsil və zəka meydanında da mümkün olduğunu simvolizə edir.

Qaliblər: Cəmil Qasımov, Suel Dəmirzadə – hər iki şagird beynəlxalq yarışlarda sabit nəticə göstərərək öz potensialını tam şəkildə nümayiş etdirib.

Lütfizadə adına “Gümüş Təqaüdü”

Azərbaycan mənşəli dünya şöhrətli alim Lütfi Zadənin adı ilə bağlı bu təqaüd, elmə dərin maraq, analitik düşüncə bacarığı və yaradıcılıq potensialı ilə seçilən şagirdlərə təqdim edilir. Gümüş təqaüd sahibləri elmi istiqamətdə inkişaf üçün möhkəm təməl qoyan, daim öz üzərində çalışan və mütəmadi olaraq yüksələn tələbələrdir.

Qaliblər: Murad Rəcəbov, Yusif Həsənzadə, Səid Məmmədov – üçlüyün hər biri müxtəlif yarışlarda fərqli sahələr üzrə uğurlar əldə edərək bu təqaüdə layiq görülüb.

Tusi adına “Bürünc Təqaüdü”

Orta əsr Şərq elminin parlaq siması, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin adını daşıyan bu təqaüd, potensialı olan və gələcəkdə daha böyük nailiyyətlər göstərə biləcək şagirdlərə təqdim olunur. Bürünc təqaüd yalnız nəticəyə deyil, həm də şagirdin niyyətinə, zəhmətinə və inkişaf yolundakı səmimiyyətinə verilən dəyərdir.

Qaliblər: Daria Dmitriyeva, İlkin Qurbanzadə, Fərhad Osmanov, Cavidan Mahmudzadə – bu şagirdlər öz əzm və davamlı iştirakları ilə gələcəyin uğurlu elm adamları və düşüncə sahibləri olmağa iddialıdırlar.