Bil Pauçer: Azərbaycanda ICPC icmasının formalaşması təqdirəlayiqdir

4 Sentyabr, 2025 - 14:48
Bil Pauçer: Azərbaycanda ICPC icmasının formalaşması təqdirəlayiqdir
Bil Pauçer: Azərbaycanda ICPC icmasının formalaşması təqdirəlayiqdir

“ICPC qlobal, lakin yerli təşəbbüslərə əsaslanan bir icmadır və Azərbaycanda bu icmanın formalaşması xüsusilə təqdirəlayiqdir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün ICPC Dünya Finalı 2025 çərçivəsində təşkil edilən mətbuat konfransında ICPC-nin icraçı direktoru Bil Pauçer səsləndirib.  

O qeyd edib ki, Azərbaycandakı ICPC icması öz təşəbbüsü ilə qurulub: “Bu, dünyanın müxtəlif ölkələrində 20 il əvvəl gördüyümüz təşəbbüsləri xatırladır. Azərbaycanda bu ruhun yaşadığını və inkişaf etdiyini görmək çox sevindiricidir”.

Bil Pauçer həmçinin yarışmaya ev sahibliyi edən tərəfdaşlara da təşəkkürünü bildirib:   “Yarışmanın bu qədər uğurlu keçirilməsinə görə təşkilatçılara xüsusi təşəkkür edirəm. Onlar Azərbaycanın istedad potensialını sənayeyə və xidmət sahələrinə yönəltmək üçün mühüm işlər görürlər”.