Biləsuvarda eko məktəbli klubu yaradılacaq
Biləsuvar rayonunu Bəydili kənd R.Mikayılov adına tam orta məktəbdə “Təbiətin dostları - yaşıl dünyanın təşviqi” adlı layihənin açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin rəhbəri Asiman Əliyev qeyd edib ki, məqsəd yaşıl dünyanın təşviqi ilə bağlı tədbirlərin təşkili ilə məktəblilərin ətraf mühitə qayğıkeş münasibətinin formalaşdırılmasına və məktəb ərazisində yaşıllıq zolağının çoxaldılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində məktəb ərazisində ekoloji park – yaşıllıq zolağı yaradılacaq. Bununla yanaşı, ekoloji resursların formalaşdırılmasına və ətraf mühitin qorunmasına məktəblilər cəlb ediləcək. Müəyyən edilmiş ərazidə müxtəlif meşə ağacları və kol-bitkiləri əkməklə məktəblilər arasında ekoloji mədəniyyətin təbliğinə dəstək veriləcək, eko məktəbli klubu yaradılacaq.


