Biləsuvarda iki qardaş RFO-nun rayon turunda iki fənn üzrə qalib olub
Xəbər verdiyimiz kimi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 13 şagird respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsində iki fənn üzrə iştirak edəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, onların ikisinin qardaş olduğu məlum olub.
Belə ki, Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin 9-cu sinif şagirdləri olan qardaşlar – Nahid və Farid Mirzəzadələr RFO-nın yarımfinal mərhələsində iki fənn (riyaziyyat və informatika) üzrə iştirak edəcəklər. Nahid riyaziyyatdan 93,75 bal, informatikadan 200 bal, Farid isə riyaziyyatdan 87,5 bal, informatikadan 200 bal toplayıb.
Qeyd edək ki, idarə üzrə 423 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Belə ki, fənn olimpiadasının yarımfinal mərhələsinə Şirvan şəhəri üzrə 114, Neftçala rayonu üzrə 106, Salyan rayonu üzrə 86, Biləsuvar rayonu üzrə 81, Hacıqabul rayonu üzrə 36 şagird vəsiqə əldə edib.



