"Bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək" - Nazir müavini

2 Noyabr, 2026 - 12:07
"Bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək"

"X–XI siniflərdə geyim qaydalarına riayət etmədiyi üçün dərslərə davam etməyən və bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.

Nazir müavini vurğulayıb ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir.

"Qanunvericiliyə əsasən, səbəbindən asılı olmayaraq biliyi qiymətləndirilməyən şagirdlərə ümumi və ya tam orta təhsil haqqında attestatın verilməsi nəzərdə tutulmur", - deyə F.Qurbanov qeyd edib.