“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib

31 Oktyabr, 2025 - 13:44
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib
“Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya laboratoriyasının I Məzun günü keçirilib

Bakıda oktyabrın 31-də “ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya proqramının I Məzun günü keçirilib.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.

“Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse “Deneyap" texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022–2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, müasir texnologiyalar və innovasiyalar həyatımızın artıq bir tərkib hissəsinə çevrilib. İstər iqtisadiyyatda, istər sosial həyatda, istər şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi zərurət olub. Çünki süni intellekt hər şeydən öncə bir vasitədir. Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına, inkişafa nail olmaqdır.

“Qürurla bildirməliyik ki, Azərbaycan da bu istiqamətdə heç də gecikməyib, tam vaxtında əməli tədbirlər, islahatlar aparılır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı buna misal göstərmək olar. Çünki orada konkret hədəflər və tədbirlər var. Orada sosial rifahın artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində süni intellektin əhəmiyyətini, rolunu artıran ciddi tədbirlər nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu fonda islahatlarını davam etdirir", - deyə o əlavə edib.

Ülvi Mehdiyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən də bəhs edərək bildirib ki, 13 ildir yaradılan "ASAN xidmət" Prezident İlham Əliyevin dövlət xidmətləri və idarəetməsi sahəsində bir innovasiyasıdır. Həmin innovasiya artıq bu gün 30-dan çox ölkəyə ixrac olunur: “ASAN xidmət" konsepsiyasının mahiyyəti və məqsədi də vətəndaşyönümlü, etik və məsuliyyətli xidmətlərin təşkilidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların tətbiqinin rolu var”.

Birol Akgün vurğulayıb ki, Türk dünyası bu gün yeni bir intibah dövrünə qədəm qoyur: “Bu üfüqü genişləndirən olan, çağdaş texnologiyaları bilən, gələcəyə baxışı olan, öz mədəni kökləri ilə əlaqəni itirmədən müasir innovasiya mədəniyyətini mənimsəyən yeni türk gəncliyidir”. Səfirin sözlərinə görə, bu məqsədlə gənclərdə texnologiyaya, yeniliyə və yaradıcı düşüncəyə maraq oyadan “Bilim Bakı” mərkəzinin “Deney Yap” atelyeləri mühüm rol oynayır: “Bu təşəbbüslər Türk dünyasının inkişaf və tərəqqi ruhuna verilən dəyərli töhfədir.

Birol Akgün, həmçinin “T3” Fondunun rəhbəri Selçuk Bayraktarın Türkiyədə “Teknofest nəsli” adlandırılan yenilikçi, texnologiyaya açıq, müasir dünyada rəqabətə qadir yeni insan potensialının yetişdirilməsində önəmli rol oynadığını qeyd edib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, son 20 ildə dövlət proqramları çərçivəsində 3600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə bərpa olunub. “Məktəblər rəqəmsal tədris resursları, kompüterlər və sürətli internetlə təmin edilir. Bu gün artıq 1,5 milyon şagirddən 500 mini Scratch və Python kimi proqramlaşdırma dillərini öyrənir”, - deyə nazir müavini bildirib.

Nazir müavini vurğulayıb ki, bu cür layihələr gənclərin gələcək əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradır. “Bu uğurlu layihənin gerçəkləşməsi Türkiyə tərəfinin dəstəyi olmadan mümkün deyildi. Bu, hər iki ölkənin rəhbərlərinin təhsil və elm sahəsinə yönəltdiyi böyük sərmayənin bariz nümunəsidir”, – deyə Kənan Kərimzadə qeyd edib.

Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihə 2021-ci il sentyabrın 23-də Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır. Bu çərçivədə yaradılan “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində gələcəyin tələblərinə uyğun, layihəəsaslı təhsil verən “Deneyap" texnologiya proqramı reallaşdırılır. Proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir. Ümumtəhsil məktəblərinin 4–7-ci siniflərini bitirən şagirdlər ikimərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar.