“Bir Müəllimin Manifesti” proqramına qəbul BAŞLAYIB
Qazax Müəllimlər Seminariyası və ADA Universitetinin Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramına 2026-2027-cı tədris ilində iştirak üçün sənəd qəbulu elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, sənədlərin qəbulu sentyabrın 5-dək davam edəcək.
“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Dərslər Azərbaycan və ingilis dillərində tədris olunacaq.
Proqram haqqında ətraflı məlumat: www.ada.edu.az/bmm
Əlaqə: bmm@ada.edu.az




