Bu universitetə ingilis dili müəllimi axtarılır - VAKANSİYA
Mingəçevir Dövlət Universitetinin məzunları üçün ingilis dili müəllimliyi üzrə vakansiya elan edilir.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Belə ki, universitet məzunlarının qazandıqları bilik və bacarıqları doğma universitetlərində tətbiq etmələri, akademik mühitdə fəaliyyət göstərmələri və tədris prosesinə töhfə vermələri üçün müraciətlər qəbul olunur.
Əsas tələblər:
Müvafiq sahə üzrə minimum magistratura təhsil səviyyəsi
İngilis dilini akademik səviyyədə bilmək
Tədris və kommunikasiya bacarıqları
Müasir təlim metodlarından istifadə bacarığı
Beynəlxalq dil sertifikatları üstünlükdür
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin məzunu olmaq mütləqdir.
Müraciət üçün: alumni@mdu.edu.az
Son müraciət tarixi: 08.09.2026




