Code Academy təhsil sahəsində çalışanlara və ailələrinə 10% endirim təqdim edir

17 Sentyabr, 2026 - 12:43
Code Academy təhsil sahəsində çalışanlara və ailələrinə 10% endirim təqdim edir

Code Academy Bilik Günü və Müəllimlər Günü münasibətilə təhsil sahəsində çalışanlar üçün kampaniyaya başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 15 sentyabr – 15 oktyabr tarixlərində təhsil müəssisələrinin əməkdaşları və onların ailə üzvləri akademiyanın bütün tədris proqramlarına 10% endirimlə müraciət edə bilərlər.

“Təhsilə dəyər qatan hər kəs üçün” mesajı ilə keçirilən kampaniya müəllimlərə və təhsil müəssisələrinin digər əməkdaşlarına, eləcə də onların yaxınlarına yeni bilik və bacarıqlar qazanmaq imkanı yaratmağı hədəfləyir.

Maraqlanan şəxslər özlərinə uyğun tədris istiqamətini seçmək və proqramlar haqqında ətraflı məlumat almaq üçün [Code Academy-nin saytına](https://code.edu.az/) müraciət edə bilərlər.