BMT rəqəmsal mühitdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib - Vladanka Andreyeva

23 Dekabr, 2025 - 12:52
BMT rəqəmsal mühitdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib - Vladanka Andreyeva

“Rəqəmsal texnologiyalar özü ilə yaxşı imkanları ilə bərabər riskləri də gətirir. Həmin riskləri isə valideynlər görə bilmirlər. Çünki bu riskləri alqoritmlər edir. Zorakılıq, bullinq, cinsi istismar və s. təhlükələr rəqəmsal texnologiyalar vasitəsilə yayıla bilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, heç bir dövlət bu problemləri təkbaşına həll edə bilməz: “BMT bu istiqamətdə işləri gücləndirib. Üzv ölkələrə rəqəmsal mühitdə təhlükəsizliyi təmin etmək üçün xüsusi yardımlar edilir. Uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsi haqqında xüsusi təlimatlar hazırlanıb”.