Botanika İnstitutu ilə Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıb
Elm və Təhsil Nazirliyi Botanika İnstitutu ilə Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Biləsuvar Təhsil Kompleksindən məlumat verilib.
Sənəd iki müəssisə arasında qarşılıqlı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Qeyd edək ki, məktəbə səfər edən Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva “Sabahın alimləri” müsabiqəsində iştirak etmiş və edəcək şagirdlərlə də görüşüb.


