Böyük Britaniyada soyuq havaya görə yüzlərlə məktəb bağlanıb

6 Yanvar, 2026 - 16:15
Böyük Britaniyada soyuq havaya görə yüzlərlə məktəb bağlanıb

Böyük Britaniyada güclü qar və şaxtalı hava şəraiti səbəbindən yüzlərlə məktəb fəaliyyətini dayandırıb. 

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada arktik mənşəli soyuq hava dalğası ölkə ərazisində təsirini davam etdirir və bu qış mövsümünün ən aşağı temperatur göstəriciləri qeydə alınıb.

Meteorologiya xidmətinin məlumatına görə, yaxın günlərdə bəzi bölgələrdə qar və buzlanma ilə bağlı nəqliyyatda ciddi çətinliklər yarana bilər. Xüsusilə Şotlandiyanın şimal hissələrində və İngiltərənin bir sıra bölgələrində xəbərdarlıqlar qüvvədədir.

Şaxtalı hava səbəbindən Uels və Şimali İrlandiyada yüzlərlə məktəb bağlanıb, İngiltərənin bəzi bölgələrində isə dərslər gec başlayıb. Eyni zamanda dəmir yolu, avtomobil və hava nəqliyyatında gecikmələr müşahidə olunur.

Sinoptiklərin proqnozuna əsasən, soyuq hava yaxın günlərdə də davam edəcək, həftənin sonuna doğru isə ölkənin cənub bölgələrində də qarlı hava ehtimalı var.