Böyük Dəbilqə turnirində ilk dəfə azərbaycanlı qadın cüdoçu oldu      

30 Oktyabr, 2026 - 16:46
Böyük Dəbilqə turnirində ilk dəfə azərbaycanlı qadın cüdoçu oldu      

Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Könül Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Türkiyə təmsilçisi Merve Azaka qalib gələrək qızıl medal qazanıb. Bu nəticə ilə Könül Əliyeva Dünya Cüdo Turu (Grand Slam) yarışlarında çempion olan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Qeyd edək ki, idmançının məşqçisi Xanəhməd Rzazadədir.