Böyük Qayıdış çərçivəsində aparılan peşə təlimləri başa çatıb

14 Aprel, 2025 - 09:55
Böyük Qayıdış çərçivəsində aparılan peşə təlimləri başa çatıb
Böyük Qayıdış çərçivəsində aparılan peşə təlimləri başa çatıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”  çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində 10 mart 2025-ci ildə icrasına başlanılan ofisiant və barmen ixtisasları üzrə təlimlər başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, təlimin yekun imtahanı keçirilib və imtahanda ümumilikdə 40 müdavimdən 39-u iştirak edib. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim ediləcək.

Qeyd edək ki, təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həmçinin təlimçilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslər tərəfindən keçirilir.

Qısamüddətli təlimlərin təşkil edildiyi müəssisələrin və müvafiq ixtisasların siyahısı ilə keçid vasitəsilə tanış olmaq mümkündür:

https://vet.edu.gov.az/p/qarabaga-qayidis