"Breyn Rinq" üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçirilib

29 İyun, 2026 - 14:47
"Breyn Rinq" üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçirilib

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “3sual” İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə "Breyn Rinq" intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, çempionatda ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən 24 komanda mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Bakı Dövlət Universitetinin komandası bütün rəqiblərini geridə qoyaraq Azərbaycan çempionu adına layiq görülüb.

İkinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası tutub. Azərbaycan Tibb Universitetinin komandası isə çempionatı üçüncü pillədə başa vurub.

Universitetlərarası Azərbaycan Çempionatı tələbələr arasında intellektual biliklərin və komanda ruhunun inkişafına, eyni zamanda ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə xidmət edib.