BSU-da rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı görüş keçirilib
Bakı Slavyan Universitetində (BSU) rəqəmsal texnologiyaların və data analitikasının tətbiqi, müasir idarəetmə proseslərində innovativ həllərdən istifadə imkanları ilə bağlı görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə data analitikasının məlumatların emalı və qərarvermə prosesində rolu, həmçinin rəqəmsal platformaların idarəetmə sahəsində tətbiqi imkanları müzakirə olunub.
Tərəflər arasında təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.




