BSU-da “Ünsiyyət və təqdimat mədəniyyətinin ünsürləri” adlı təlim keçirilib

28 Fevral, 2025 - 11:56

Fevralın 27-də Bakı Slavyan Universitetində (BSU) “Ünsiyyət və təqdimat mədəniyyətinin ünsürləri” mövzusunda təlim keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim BSU-nun dosenti Südabə Ağabalayeva tərəfindən aparılıb və iştirakçılara effektiv ünsiyyət bacarıqları, təqdimat zamanı diqqət yetirilməli məqamlar, eləcə də akademik mühitdə peşəkar çıxış qaydaları haqqında ətraflı məlumat verilib.  

Təlim çərçivəsində akademik və peşəkar mühitdə ünsiyyətin rolu, effektiv təqdimat hazırlama prinsipləri, auditoriya ilə düzgün əlaqə qurma texnikaları və nitq mədəniyyətinin əsasları müzakirə olunub. Təlim interaktiv formatda təşkil edilib və praktiki yanaşmalara üstünlük verilib.  

İştirakçılar təqdimat bacarıqlarını təkmilləşdirmək, ünsiyyət zamanı yarana biləcək çətinliklərin həlli yolları ilə tanış olmaq imkanı əldə ediblər. Təlimdə tələbələr və gənc tədqiqatçılar üçün peşəkar inkişaf baxımından mühüm tövsiyələr səsləndirilib.