BSU H-indeks göstəricilərində 10 pillə irəliləyib

22 May, 2025 - 10:39
BSU H-indeks göstəricilərində 10 pillə irəliləyib
BSU H-indeks göstəricilərində 10 pillə irəliləyib

Azərbaycan Milli H-indeks Reytinqinin 2025-ci ilin II rübü üzrə nəticələri açıqlanıb. Reytinq cədvəlində ölkənin 100-ə yaxın ali təhsil müəssisəsi və elmi-tədqiqat institutları yer alıb. Bakı Slavyan Universiteti (BSU) bu dəfəki nəticələrə əsasən H-indeksi üzrə ən sürətli yüksəliş nümayiş etdirən ali təhsil müəssisələrindən biri kimi qeydə alınıb. 

BSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitet əvvəlki reytinqlə müqayisədə 10 pillə irəliləyərək ümumi sıralamada 46-cı yerə yüksəlib. Bu göstərici BSU-da elmi fəaliyyət sahəsində müşahidə olunan davamlı inkişafı əks etdirir.

Eyni zamanda, BSU-nun bir neçə əməkdaşı Google Scholar elmi bazası üzrə tərtib olunan “TOP 1000 Azərbaycanlı Alim” siyahısında yer alıb.

2025-ci ilin II rübü üzrə BSU-nun H-indeks göstəriciləri:

  •  Milli H-indeks: 5 (+2 artım)

  •  Scopus H-indeks: 3 (sabit)

  •  Web of Science H-indeks: 3 (+1 artım)

  •  Google Scholar H-indeks: 15 (+9 artım)