Bu gündən dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Bu gündən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz.
Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.
Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.




