Bu il 17 peşə təhsil proqramı hazırlanıb
2025-ci il üçün ümumilikdə 17 peşə təhsil proqramı hazırlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, proqramlardan 10-u yeni ixtisas üzrə olub, 7-si isə yenilənib.
Yeni ixtisasların tətbiqi əmək bazarının aktual ehtiyaclarını qarşılamağa xidmət edir. Bu, tədris prosesinin daha çevik və məqsədyönlü təşkilinə imkan yaradır. Bu proqramlar müasir tələblərə uyğunlaşdırılıb və təhsil prosesinin keyfiyyətinin artırılmasına istiqamətləndirilib. Hazırlanmış proqramlar müxtəlif sahələr üzrə peşə hazırlığının sistemli aparılmasını təmin edir. Proqramlar tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.


