Bu il 2,2 milyon nəfər təhsil alacaq

14 Sentyabr, 2026 - 15:11
Bu il 2,2 milyon nəfər təhsil alacaq

2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazirin sözlərinə görə, 124 min şagird I sinfə təhsilə başlayır.