Bu il ilk dəfə sertifikasiyada iştirak edənlərlə bağlı statistika AÇIQLANDI
16 938 müəllim yeni fənlər – tarix, fiziki tərbioyə, texnologiya, təsviri incəsənət və musiqi – üzrə sertifikatlaşdırma imtahanına cəlb olunub
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Beləliklə, tarix fənni üzrə 4194 nəfər uğur qazanıb, 1377 nəfər ilk cəhddə uğursuz olub.
Fiziki tərbiyə üzrə 4516 müəllim uğurlu olub, 903 müəllim ilk cəhddən keçə bilməyib.
Texnologiya üzrə 2555 müəllim ilk mərhələdən keçib, 393 nəfər uğursuz olub.
Təsviri incəsənət üzrə 1405 müəllim uğur qazanıb, 284 müəllim ilk cəhddən keçə bilməyib.
Həmçinin musiqi üzrə 1041 müəllim uğurlu olub, 270 müəllim uğursuz nəticə göstərib.
Ümumiyyətlə bu il yeni fənnlər üzrə sertifikasiyada iştirak edənlərdən 13 711 müəllim uğur qazanıb, 3227 müəllim isə uğursuz nəticə göstərib.




