Bu il peşə məktəblərində hansı yeni ixtisaslar açılıb? 

28 Dekabr, 2024 - 10:27
Bu il peşə məktəblərində hansı yeni ixtisaslar açılıb? 
Bu il peşə məktəblərində hansı yeni ixtisaslar açılıb? 

2024-2025-ci tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisas tədris olunmağa başlayıb. 

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buraya dronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə nəzarətçi, elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nasos qurğuları maşinisti aiddir.