Bu il SAF-da ilk dəfə musiqi və incəsənət məktəbləri də iştirak edir
Bu il ilk dəfə Mədəniyyət Nazirliyi tabeliyindəki incəsənət və musiqi məktəbləri “Yaradıcı Azərbaycan” pavilyonu ilə Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, festival çərçivəsində Qara Qarayev və Rəşid Behbudov adına incəsənət və musiqi məktəblərinin şagirdləri “süni zəka və art” mövzusunda təqdimatlarla çıxış edəcəklər.


