STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başlayıb
STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə "STEAM Azərbaycan" məlumat yayıb.
Kodlaşdırma laboratoriyası (CodeLab): 8–10 yaşlı şagirdlər üçün alqoritmik düşünmə və proqramlaşdırmanın əsasları;
Yaradıcılıq və incəsənət laboratoriyası (ArtLab): 9–12 yaşlı şagirdlər üçün dizayn, incəsənət və STEAM yanaşmasını birləşdirən yaradıcılıq fəaliyyəti;
Məntiqi labirintlər (Logical Mazes): 8–10 yaşlı şagirdlər üçün məntiqi düşünmə, problem həll etmə və strategiya bacarıqları;
Proqramlaşdırılan sistemlər (Programmable systems): 10–16 yaşlı şagirdlər üçün proqram təminatı vasitəsilə ağıllı və avtomatlaşdırılmış sistemlərin qurulması;
CAD texnologiyaları (CAD Technologies): 13–15 yaşlı şagirdlər üçün 3D dizayn və modelləşdirmə bacarıqları;
CNC texnologiyaları (CNC Technologies): 13–15 yaşlı şagirdlər üçün rəqəmsal dizaynların real fiziki məhsullara çevrilməsi;
Süni intellekt (AI): 14–17 yaşlı şagirdlər üçün kompüter görməsi, obyekt tanıma və süni intellektin əsasları;
Mexatronika və robototexnika (Mechatronics and robotics): 10–16 yaşlı şagirdlər üçün mexanika, elektronika və proqramlaşdırma əsasında robot sistemlərinin qurulması;
Dron texnologiyaları (Drone technologies): 10–16 yaşlı şagirdlər üçün dronların quruluşu, idarə olunması və uçuş prinsipləri;
Robotlarla öyrən (Robochallenge): 10–16 yaşlı şagirdlər üçün robot modelləri üzərindən əyləncəli və praktik öyrənmə.
Ətraflı məlumat və qeydiyyat üçün: www.steam.edu.az/az/registration // +994 51 206 78 18


