STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat BAŞLADI

10 Avqust, 2026 - 14:31
STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat

Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühəndislik bacarıqlarını inkişaf etdirmək istəyən şagirdlər üçün yeni imkan yaradılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyata start verilib.

STEAM Mərkəzlərində keçirilən təlim proqramları vasitəsilə məktəblilər real layihələr üzərində işləyərək praktiki bilik və bacarıqlar əldə edirlər. 

Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün: https://steam.edu.az/az/registration

Əlaqə: +994 51 226 72 27

Son qeydiyyat tarixi: 31 avqust